Deputatlar ATV-də veriliş aparacaq

SOSİAL 13 apr 2019, 23:51

“Gələn bazar ertəsindən hər həftə saat 23.00-da ATV-nin efirində fərqli baxışların yer aldığı yeni bir proqramla görüşünüzə gəlirik”.

 

Demokrat.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, jurnalist Sahib Alıyev bildirib.

 

Onun sözlərinə görə, proqram sosial şəbəkədə də yayımlanacaq və gələcəkdə həftə ərzində baş verən mühüm olaylarla bağlı izləyici sualları, yaxud fikirləri də onlayn rejimdə efirə veriləcək. 

 

“Şadam ki, bu proqramı Azərbaycanın siyasətşünasları arasında ən təcrübəli, intellektli və informasiyalı birisi kimi tanınan həmkarım Rasim Musabəyovla birgə aparacağıq. Əminəm ki, Rasim müəllimin aparıcılığı da ekspertliyi kimi uğurlu olacaq. Bizə vaxt ayırıb baxacaq hər kəsə öncədən təşəkkürümü bildirirəm!”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top