AzTV-nin Aparat rəhbəri işdən çıxarıldı — Bu vəzifəyə yeni təyin olunmuşdu

HADİSƏ 12 apr 2019, 14:18

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov Aparat rəhbərini vəzifəsindən azad edib.


Unikal.org-un əldə etdiyi məlumata görə, R.Məmmədovun müvafiq əmri ilə, Aparat rəhbəri vəzifəsini icra edən Cabbar Quliyevi işdən çıxarıb.


Xəbəri Unikal.org-a Cabbar Quliyev təsdiqləyib. 


Qeyd edək ki, Rövşən Məmmədov Cabbar Quliyevi bu ilin yanvar ayında Aparat rəhbəri vəzifəsinə təyin etmişdi.


Onu da bildirək ki, Cabbar Quliyevin AzTV-yə Aparat rəhbəri təyin olunması barədə ilk xəbəri Demokrat.az yaymışdı. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top