Şairlərlə bağlı Mehriban Əliyevaya müraciət edildi

HADİSƏ 09 apr 2019, 21:24

Gənc şair Şəhriyar del Geraninin təşəbbüsü ilə bir qrup yazar tanınmış şairlər Musa Yaqub və Vaqif Bayatlının səhhəti ilə bağlı Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. 


Demokrat.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, Azərbaycan mədəniyyətin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər son dərəcə dəyərli və təqdirəlayiqdir:


“Yardıma və mənəvi dəstəyə ehtiyacı olan mədəniyyət xadimlərinin müalicəsi üçün göstərdiyiniz qayğı hər zaman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Elə nəzərinizə çatdıracağımız məsələyə də yüksək həssaslıqla yanaşacağınıza əminik. Belə ki, müasir Azərbaycan poeziyasının iki mötəbər nümayəndəsi - Musa Yaqub və Vaqif Bayatlının səhhətində uzun müddətdir ciddi problemlər yaranıb.  Musa Yaqub da, Vaqif Bayatlı da yalnız məhdud şəxsi vəsaitləri hesabına müalicə olunmaq məcburiyyətində qalıblar. İki böyük sənətkarın səhhətindəki probleminin həllində yardımçı olacağınıza ümid edirik”.(YeniSabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top