Çavuşoğlundan Netanyahuya sərt reaksiya: Məsuliyyətsiz!

DÜNYA 07 apr 2019, 18:19

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İordan çayının qərb sahili ilə bağlı açıqlamasına görə İsrailin Baş naziri Benyamin Netanyahunu sərt şəkildə tənqid edib.

 

Axar.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında yazıb.

 

“İordan çayının qərb sahili beynəlxalq hüquqa əsasən İsrailin işğal etdiyi Fələstin torpaqlarıdır. Netanyahunun seçkilər öncəsində səs toplamaq qayğısı ilə verdiyi məsuliyyətsiz açıqlamalar bu həqiqəti heç bir şəkildə dəyişdirməyəcək”, -Çavuşoğlu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top