Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf etdi

HADİSƏ 02 apr 2019, 09:59

Abşeronda canavar sürüsü 1 gecədə 407 baş xırdabuynuzlu heyvanı məhv edib.


Demokrat.az-ın ONA-ya istinadən verdiyi xəbərinə görə, Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub. 


Fermer təsərrüfatının rəhbəri Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar.


Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.


Təsərrüfat rəhbərinin bildirdiyinə görə, ona 60 min manatdan çox ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top