Zidanın şok transfer siyahısı — Görün kimlər var

İDMAN 31 mar 2019, 12:48

"Real"ın baş məşqçisi Zinəddin Zidanın transfer siyahısı yayımlanıb.


Demokrat.az xəbər verir ki, "Marca" qəzeti fransız mütəxəssisin rəhbərliyə təqdim etdiyi 5 nəfərlik siyahını əldə edib.


İddiaya görə, Zidan yayda rəhbərlikdən Neymar (PSJ), Kilian Mbappe (PSJ), Paul Poqba (Mançester Yunayted), Eden Hazard (Çelsi), Kristian Eriksenin (Tottenhem) alınmasını istəyib.


Amma "Real"ın transfer siyahısında daha 4 futbolçunun adı var. Belə ki, qarşıdakı iki ildə transferlərə 1 milyard avro büdcə ayırmağı planlaşdıran Florentino Peres Nqolo Kante (Çelsi), Cengiz Ünder (Roma), Xalidu Kulibali (Napoli) və Miralem Pyaniçi (Yuventus) də Madridə gətirmək niyyətindədi.


Qeyd edək ki, Zidanın "Real"a qayıtdıqdan sonra ilk transferi "Portu"dan Eder Militao olub. 50 milyon avroya alınan müdafiəçi komandaya yayda qoşulacaq.(Fanat.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top