"Mehriban Əliyeva olan yerdə bəlkə də digər vitse-prezidentlərin olmasına ehtiyac yoxdur" — YAP-çı deputat

GÜNDƏM 14 mar 2019, 16:49

"Bu gün Azərbaycanın  Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva üzərinə düşən bütün işləri layiqincə və yüksək səviyyədə görür. Ona görə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva olan yerdə bəlkə də digər vitse-prezidentlərin olmasına ehtiyac yoxdur. Əgər ehtiyac varsa belə, bu yalnız cənab Prezident İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Rüstəm Xəlilov bildirib. 


Deputat deyib ki, müxalifətin və ya digər şəxslərin nə deməyindən asılı olmyaraq, Azərbaycanda vitse-prezidentlərin təyin olunması bilavasitə ölkə Prezidentinin səlahiyyətinə aid olan məsələdir:


"Buna qarşı müxalifət və ya digər şəxslərin hər hansı fikir bildirməsi doğru deyil. Zaman da göstərdi ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunandan sonra bu sahədə heç bir axsama yoxdur. Əksinə, onun gördüyü işlər Azərbaycanın nüfuzunu daha da artırır. Bu gün Mehriban xanım Əliyeva Fransada səfərdədir. Baxıb görsünlər ki, Birinci vitse-prezidentimiz nə qədər böyük uğurlu işlər görür. Məgər vitse-prezidentlər Mehriban xanımdan nüfuzlu olacaq? Ondan daha çox iş görə biləcək? Hesab edirəm ki, bu gün Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi üzərinə düşən işlərin öhdəsindən çox layiqincə gəlir. Buna görə də cənab Prezident İlham Əliyev ona bu etimadı göstərib. Həm cənab Prezidentin, həm də Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü bu qədər uğurlu işləri görməmək ən azı onların duyğu orqanlarının xəstə olması demək olur".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top