Yeni icra başçısı keçmiş başçının yaxın qohumunu işdən qovdu

HADİSƏ 13 mar 2019, 14:27

Səbail rayon icra Hakimiyyətinin başçısı Vüqar Zeynalov icra nümayəndəsini vəzifəsindən azad edib.


Vüqar Zeynalovun müvafiq əmri ilə, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən çıxarılıb. Onun yerinə isə Abbasov Natiq Zahid oğlu təyin edilib.


Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.


Qeyd edək ki, işdən çıxarılan Zaur Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun bacanağıdır. (Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top