Dünya markası olan bu avtomobillər saatda 180 km-dən artıq getməyəcək — QƏRAR VERİLDİ

MARAQLI 07 mar 2019, 15:01

İsveç mərkəzli avtomobil istehsalçısı "Volvo" gələn ildən etibarən bütün avtomobillərdə sürət sərhədini saatda 180 kilometr ilə məhdudlaşdıracaq. 


Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bu addımı atmasının səbəbi yol-nəqliyyat hadisələri zamanı ölüm hallarını azaltmaqdır. 


Şirkətdən bildirilib ki, 2021-ci ildə istehsal olunan avtomobillərə saatda maksimum 180 kilometr sürət həddi tətbiq ediləcək.

 

Related image

 


Qeyd edək ki, Çinli avtomobil nəhəngi "Zhejiang Geely Holding" "Volvo Car Groupu" 2010-cu ildə 1,8 milyard dollara ABŞ mərkəzli avtomobil istehsalçısı "Ford"dan satın almışdı.(Open.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top