Vətən müharibəsi iştirakçısı intihar etdi

HADİSƏ 24 apr 2024, 23:59
Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. 

"Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib.

Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib.
 
O, intizamlı əməkdaş kimi xarkterizə olunur. Ailə vəziyyəti ilə əlaqədar bir müddət əvvəl öz raportu əsasında Daxili İşlər Orqanlarından xaric edilib.
Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top