Tayvanda yenidən zəlzələ oldu

DÜNYA 25 apr 2024, 00:30
Tayvan sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 350 min nəfər əhalisi olan Hualien şəhərindən 72 km şərqdə, 33 km dərinlikdə yerləşir.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top