“Küləyə qalib gəl” - Bakı Marafonu iştirakçılarına XƏBƏRDARLIQ

SOSİAL 04 may 2024, 14:46
Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir.  

Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 7-12 m/s, arabir 14-16 m/s təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi marafon iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2024, 11:45
Top