İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

ŞOU-BİZNES 19 apr 2024, 21:40

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:

"Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi. Məclisə gec gəlmişdim, bəy-gəlinin rəqsinə gəlib çatmışdım. Dərhal Faiq Ağayevlə görüşmək istədim. Həmin vaxt da İlhamə xanımın əlində mikrofon var imiş. Xeyir-dua verirmiş, həm də 15-20 dəqiqə oxumuşdu. Sözün açığı onu görməmişdim. Faiq Ağayev onu öpən kimi mikrofonu mənə verdi ki, artıq toy bitir, sən də oxu. Mən də ifamla onları təbrik etdim. Bu, İlhamə Quliyevaya xoş gəlməmişdi".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 may 2024, 16:55
Top