Yusif Mustafayev məscid tikdirib

ŞOU-BİZNES 30 apr 2024, 20:25

"Azərbaycanın hər yerinə qurban olum, amma Cəlilabadın Hacıismayıllı kəndinə gedəndə, elə bilirəm ki, dünyanın ən gözəl yerində gedirəm. Adamın doğulduğu yer onun üçün müqəddəs olur".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Qonaqcanlı” verilişində deyib. Proqaramda qonaq olan aşıq Zülfiyyə İbadova isə sənətçinin Cəlilabadda məscid tikdirdyini bildirib. Müğənni isə bunun uşaqlıq arzularından biri olduğunu deyib:

"O vaxt kasıb olmuşuq, uşaq vaxtı arzularım çox idi. Allah arzularıma çatdırdı. Kəndimizdə 60 ev var, oraya 16 bulaq çəkdirmişəm. Hamı suyu götürür və deyir ki, "Allahım, sən Yusifin köməyi ol". Kəndi işıqlandırmışam, axşam bütün kənd işığa qərq olur. Kəndə gözəl asflalt çəkdirmişəm. Mən qazancımı, Allahın yolunda xərcləyirəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top