Kolumbiya Universitetində 100-dən çox tələbə saxlanıldı

DÜNYA 19 apr 2024, 19:45
ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetində Fələstinə dəstək məqsədilə təşkil edilən aksiyada 100-dən çox tələbə saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, Nyu York Polis Departamenti (NYPD) etirazı dayandırmaq üçün tələbələrə müdaxilə edib. 

Qəzzadakı soyqırımla bağlı aksiya keçirən 100-dən çox tələbə saxlanılıb. 

Universitetin rektoru Minouçe Şafik aksiyanın universitetin fəaliyyəti üçün təhlükə törətdiyini ifadə edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top