Axtarışda olan şəxs 20 il sonra tutuldu

REGİON 19 apr 2024, 19:15
Türkiyədə cinayət törətməkdə şübhəli bilinən şəxs 20 illik axtarışdan sonra saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, 20 il əvvəl ölkənin Aydın vilayətində törədilən qətldə şübhəli bilinən şəxs İzmirdə tutulub. 

Jandarma Komandirliyinin Cinayət Axtarış Qrupu, 2004-cü ildə tanışını silahla qətlə yetirdiyinə görə axtarışda olan 44 yaşlı şəxsin İzmirdə olduğunu müəyyən edib. 

Qruplar qeyd olunan ünvanda əməliyyat keçirib. 

Nəzarətə alınan şübhəli Aydına gətirilib. 

Əməliyyatların ardından ədliyyəyə aparılan şübhəli məhkəmənin qərarı ilə həbs edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top