Mövsümi normalardan yüksək temperaturlara görə 2024-cü ilin ilk 105 gününün 69-da qlobal orta temperatur rekordu qırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Məlumata görə, ötən ay qlobal orta temperatur 14,14 dərəcə olub, 2016-cı ilin mart ayının orta temperaturunu 0,10 dərəcə üstələyərək ən isti mart ayı kimi qeydə alınıb.
Həmin aylar üçün tarixdə ən yüksək temperatur 2023-cü ilin iyun ayında qeydə alınsa da, mart ayının orta temperaturu 1,68 dərəcə isti olub.
Qeyd edək ki, mütəxəssislər yaxın 3 ayda rekord temperaturun müşahidə oluna biləcəyini bildiriblər.
Aysu
Demokrat.az