Kreml Putinin keçmiş arvadının villasının müsadirə edilməsinə münasibət bildirdi

DÜNYA 18 apr 2024, 18:00
Fransa hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın villasını müsadirə etmək qərarı qanuni çərçivədən kənara çıxır.

Demokrat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Xüsusi mülkiyyətə hər hansı qəsd qanunsuzdur. Fransa hakimiyyəti öz hüquq sisteminin əsaslarını sarsıdır. Biz bunu bir neçə dəfə demişik”, – Peskov vurğulayıb.

Putinin keçmiş həyat yoldaşının yeni əri, 46 yaşlı iş adamı Artur Oçeretnının adına qeydiyyatda olan villa Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə aparan əməkdaşları tərəfindən aparılan axtarışdan sonra müsadirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top