Çində magistral yol çökdü: 18 avtomobil dağıntılar altında qaldı

DÜNYA 01 may 2024, 11:22
Çinin cənubundakı Quanqdonq əyalətində magistral yol çöküb.

Demokrat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib. 

Hadisə mayın 1-də, yerli vaxtla gecə 2:10 radələrində Quanqdonq əyalətindən Fujian əyalətinə gedən ekspress yolda baş verib.

Nəticədə 18 avtomobil dağıntılar altında qalıb. 31 nəfər xilas edilib, hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürənlər işləyir, magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.

Son məlumata görə, Quanqdonq əyalətində yüksəksürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2024, 15:37
Top