Politoloq: “Rusların Qarabağı tərk etməsi Azərbaycanın növbəti qələbəsidir”

GÜNDƏM 17 apr 2024, 16:40
Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb. Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı Xudavəng monastırının ərazisindən çıxıb. Hazırda monastırı Azərbaycan polisi mühafizə edir.

Politoloq Natiq Miri Demokrat.az-a açıqlamasında deyib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxması Azərbaycanın suverenliyini tam bərpa etməsi deməkdir:

“Xudavəng monastırını nəzarətə alan rus kontingentinin orada qalmasının bir mənası yox idi. Ruslar monastırın təhlükəsizliyini təmin edirdilər. Həmin bölgədə artıq erməni olmadığı üçün rusların da orada qalmasına ehtiyac yoxdur. Monastırın əsl sahibi olan udinlər orada tədricən öz dini ayinlərini həyata keçirəcəklər. 

Bir ölkənin daxilində başqa bir dövlətin ordusunun olması müəyyən mənada həmin dövlətin suveren hüquqlarını məhdudlaşdırır. Üstəlik, Rusiya işğalçı dövlətdir, vaxtilə Azərbaycan torpaqlarının işğal edilməsi prosesində iştirak edib, hətta Azərbaycan ərazisində erməni dövlətinin yaranmasına səbəb olub. Bunları nəzərə alsaq, deyə bilərik ki, rus hərbi kontingentinin ərazilərimizi tərk etməsi möhtəşəm tarixi hadisədir. Bu, Azərbaycan xalqının, Prezidentinin, ordusunun növbəti qələbəsidir. 

Rus sülhməramlılarının Türkiyə ordusu ilə birgə təşkil edilən monitorinq mərkəzini tərk etməsinə dair də konkret informasiyalar var. Məlumata əsasən monitorinq mərkəzində yalnız qardaş Türkiyənin ordu nümayəndələri qalıb”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top