Olimpiada qaliblərinin çoxu dünyanın aparıcı universitetlərində oxuyur

SOSİAL 17 apr 2024, 13:22
"Olimpiadalarda uğur qazanan şagirdlər dünyanın aparıcı universitetlərinə qəbul olunur"

Demokrat.azxəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimində çıxışı zaman deyib.

Nazir qeyd edib ki, 2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalar tətbiq olunmağa başlayıb:

"Müsabiqə qaliblərinin 90 faizi dünyanın aparıcı universitetlərinə qəbul olunur. Hətta keçən il qəbul olunanları sayı 40 nəfər olub".

E.Əmrullayevin sözlərinə görə yaxın 10 il ərzində bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılması nəzərdə tutulur:

"Gələcəkdə Azərbaycanın bütün bölgələrində  2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top