Əfqanıstanda güclü daşqın oldu

DÜNYA 16 apr 2024, 18:38
Əfqanıstanda baş verən daşqınlar nəticəsində 50 nəfər ölüb, 36 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Fəlakət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət ölkənin Pərvan, Uruzqan və Pəncşir də daxil olmaqla bir çox əyalətində təsirli olub.

Daşqınlar nəticəsində 50 nəfər həlak olub, 36 nəfər isə yaralanlb. 

Həmçinin 600-dən çox ev, 1950 hektar kənd təsərrüfatı sahəsi və 75 kilometr yol zədələnib, 200-dən çox mal-qara tələf olub. 

Qeyd edək ki, yardım təşkilatlarının dəstəyi ilə seldən zərər çəkmiş 22 min 851 ailəyə yardım edilib.

Hazırda sözügedən bölgələrə yardımların çatdırılması prosesi davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top