Qaziantep paxlava satışında rekord qırdı

REGİON 16 apr 2024, 18:24
Türkiyənin Qaziantep vilayətində Ramazan ayı ərzində 85 ton paxlava satılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, Ramazan ayında şəhərdə paxlava satışlarının əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

Keçən il 60 ton olaraq qeyd edilən satış rəqəmləri, bu il 85 tona yüksələrək rekord göstərici olub.

Paxlava İstehsalçıları Palatası bu artımın Qaziantepin ənənəvi ləzzətlərinə olan marağın göstəricisi olduğunu vurğulayıb.

Həmçinin, Ramazan ayının bolluğu ilə Qaziantep paxlavasına tələbatın artdığı və bunun satışlara müsbət təsir etdiyi bildirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top