"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOSİAL 16 apr 2024, 14:49
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirəcək.

18 aprel saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər  Regional qaz istismarı İdarəsinə (tel: 022-236-19-04; 050-845-74-17) müraciət edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top