İndoneziyada torpaq sürüşməsi: Ölənlər var

HADİSƏ 15 apr 2024, 20:15
İndoneziyanın Sulavesi adasında torpaq sürüşməsi nəticəsində azı 18 nəfər ölüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Səlahiyyətlilər tərəfindən açıqlama verilib.

Açıqlamada itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. 

Digər tərəfdən, iki nəfərin bölgədəki xəstəxanada müalicə olunduğu, lakin onların vəziyyətinin ağır olduğu bildirilib. 

Qeyd olunub ki, torpaq sürüşmələri Cənubi Sulavesi əyalətinin Tana Torasa bölgəsində evlərin uçmasına səbəb olub. 

Xatırladaq ki, İndoneziyanın Sumatra adasında ötən ay baş verən daşqın və torpaq sürüşmələrində ən azı 26 nəfər həyatını itirib, minlərlə insan isə didərgin düşüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top