Xırdalanda məktəbli dünyasını dəyişdi: “Xilas etmək mümkün olmadı”

HADİSƏ 15 apr 2024, 14:31
Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.
 
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.
 
Şagirdin yaxınlarının verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:

“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top