Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la, “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək

İDMAN 13 apr 2024, 10:45

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

İlk olaraq “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək.

Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıblar.

Günün digər matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. “Ağ-qaralar” 44 xalla 3-4-cü yerləri bölüşdürürlərsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXX tur

13 aprel (şənbə)

16:30. “Qəbələ” - “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu

19:00. “Neftçi” - “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elman Musayev

“Neftçi Arena”

Qeyd edək ki, ötən gün “Sumqayıt” - “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top