Kadir İnanırın son vəziyyəti AÇIQLANDI

REGİON 29 mar 2024, 20:20
Məşhur aktyor Kadir İnanırın son vəziyyəti barədə açıqlama verilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə aktyorun müalicə aldığı Ümraniye Elmi Araşdırmalar xəstəxanası məlumat yayıb.

Bildirilib ki, sənətçinin səhhətində müsbət irəliləyiş var:

“Kadir bəy bu gün daha yaxşıdır. Daha əvvəl izah etdiyimiz kimi, ekstubasiya edilən şəxs şüurludur və daha aydın danışa bilir. Hazırda xəstəlik nəzarət altındadır və tətbiq edilən tibbi müalicələrə müsbət cavab verilir. 

O, otura bilir və fiziki müalicə prosesi davam edir. Onun müalicəsi reanimasiyada davam edir, lakin biz onu tezliklə reanimasiyadan çıxarmağı planlaşdırırıq”.

Xatırladaq ki, 74 yaşlı aktyor martın 24-də insult səbəbilə təcili olaraq xəstəxanaya yerləşdirlib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top