Qəzzada ölənlərin sayı artdı

DÜNYA 29 mar 2024, 18:45
Qəzza zolağında həyatını itirənlərin sayı 32 min 623 nəfərə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, son 24 saatda İsrail qüvvələrinin Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 71 fələstinlinin həyatını itirdiyi, 112 fələstinlinin isə yaralandığını bildirib. 

Bununla da, 7 oktyabrdan bəri Qəzza zolağına təşkil edilən hücumlarda həyatını itirənlərin sayının 32 min 623-ə yüksəldiyi, yaralıların sayının 75 min 92-yə çatdığı qeyd edilib. 

Qeyd edək ki, səlahiyyətlilər dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, maneələr səbəbilə tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top