Çində qasırğa 5 nəfərin ölümünə səbəb olub, 33 yaralı var

DÜNYA 28 apr 2024, 13:19
Güclü qasırğa nəticəsində Çinin Quandun əyalətinin inzibati mərkəzi Quançjou şəhərində 5 nəfər ölüb, 33 nəfər yaralanıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, aprelin 27-də yerli vaxtla saat 15.00-da qasırğanın mərkəzində küləyin sürəti saniyədə 20,6 metrə çatıb.

Qasırğanın nəticələrini aradan qaldırmaq üçün xilasedicilər və həkim briqadaları cəlb olunub. Dünən yerli vaxtla saat 22.00-da axtarış-xilasetmə əməliyyatları başa çatıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top