Azərbaycanın U-17 millisi Tacikistanla üz-üzə gələcək

İDMAN 28 apr 2024, 13:04
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, yığma Tacikistan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top