Yunanıstanın cənubunda güclü zəlzələ baş verdi

DÜNYA 29 mar 2024, 15:43
Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5,7 bal gücündə olan zəlzələ Yunanıstanın Peloponnes yarımadasının qərbində baş verib. 

Afina Geodinamik İnstitutu zəlzələnin yerin 18 kilometr dərinliyində olduğunu açıqlayıb. 

Zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. 

Qeyd edək ki, bölgədə yeraltı təkanlar nəticəsindı hələ ki, hər hansı dağıntı qeydə alınmayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top