“Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmaslara başlayacaq”

DÜNYA 29 mar 2024, 00:11

“Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmaslara başlayacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin “İctimai Televiziya”sına müsahibəsində bildirib:

“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə etməliyəm. O da (Sahibə Qafarova - red.) bu məsələni ölkəsində müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüşlə bağlı razılığa gəldik”.

Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top