Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var — VİDEO (YENİLƏNİB)

HADİSƏ 29 mar 2024, 00:32

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

xxx

Gəncədə yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın Heydər Əliyev Prospektində yerləşən beş mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Bina sakinləri təxliyə edilirlər.

Həmin görüntüləri təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top