Bu dərmana görə 100-dən çox insan xəstəxanaya yerləşdirildi — VİDEO

HADİSƏ 27 mar 2024, 16:36
Yaponiyada “Beni-koji” adlı pəhriz dərmanını qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Kobayashi Pharmaceutical Co” şirkətindən məlumat verilib.

Bildirilib ki, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” dərmanını qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib. 

Xəstələrin əksəriyyətinin böyrək xəstəliyindən şikayət etdiyi vurğulanıb. 

Şirkət həmçinin sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.




Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top