Erməni idmançılar Bakıya gəlir

İDMAN 27 mar 2024, 15:11
Bakıda keçiriləcək olimpiya reytinq turnirində iki erməni güləşçisi iştirak edəcək.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında yer alıb. 

Onlar aprelin 5-dən 7-dək paytaxtda baş tutacaq turnirdə iştirak edəcəklər.

Turnirdə Ukrayna təmsilçisi Erik Aruşanyan (65 kq) və polşalı Gevorq Saakyan (67 kq) çıxış edəcəklər.

Ermənistan yığması isə Bakıda keçiriləcək turnirə qatılmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top