Zaurun verilişinin vaxtı AZALDILDI

ŞOU-BİZNES 26 mar 2024, 21:01
Aparıcı Zaur Baxşəliyevin  “Bizimləsən” verilişinin vaxtı azaldılıb.

Demokrat.az xəbər verir ki, bu barədə onun özü efirdə məlumat verib.

“Mən övladlarıma da vaxt ayırmaq istəyirəm. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər. Rəhbərliyə də xahişimi yerinə yetirdiklərinə görə təşəkkür edirəm” - Z.Baxşəliyev bildirib.

Qeyd edək ki, sözügedən verilişin əvvəlki efir vaxtı 4 saat idi. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top