Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb

REGİON 26 mar 2024, 12:59

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.

Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top