Ermənistanın keçmiş müdafiə naziri: “Ölkəmizin rəhbərliyi bu yay kapitulyasiya müqaviləsi imzalayacaq”

REGİON 24 apr 2024, 21:07
Ermənistanın “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan videomüraciət yayıb.

Ordu.az-ın xəbərinə görə, Karapetyan qeyd edib ki, hərbçi və Ermənistan vətəndaşı kimi o, Tavus vilayətində baş verən hadisələri ağır qəbul edir.

Karapetyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ilə heç kim danışıqlar aparmır, demarkasiya sülh müqaviləsi imzalanmadan həyata keçirilə bilməz.

“Ölkəmizin rəhbərliyi bu yay kapitulyasiya müqaviləsi imzalayacaq. Bizi nəinki torpaqları, həm də soydaşlarımızı təhvil verməyə məcbur edəcəklər”, - deyə Karapetyan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top