Hərbçilərimiz Pakistanda keçirilən paradda iştirak edirlər

HƏRBİ 23 mar 2024, 11:49

Pakistanın "Milli Gün"ü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak edir.

 1940-cı il 23 mart Lahor qətnaməsinin və 23 mart 1956-cı ildə dünyada ilk islam respublikası olan Pakistanın yaradılması üçün Pakistan dominionundan Pakistan İslam Respublikasına keçid dövründə ilk konstitusiyasının qəbul edilməsi şərəfinə milli bayram qeyd olunur.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı qüvvələri tərəfindən respublika günündə paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb. /Modern.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top