Rusiyanın müdafiə nazirinin müavini həbs edildi — Rüşvətə görə...

HƏRBİ 24 apr 2024, 14:48
Rüşvət iddiası ilə saxlanılan Rusiya müdafiə nazirinin müavini, general Timur İvanov həbs edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhkəmə tərəfindən rüşvət ittihamı ilə saxlanılan Rusiya müdafiə nazirinin müavini barəsində həbs-qətimkan tədbiri seçilib.

Müvafiq olaraq, onun iyunun 23-dək həbsdə saxlanmasına qərar verilib. 

Qeyd edək ki, İvanovun şəriki olduğu iddia edilən Sergey Borodinin də iyunun 23-dək həbs edilməsi barədə qərar qəbul edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top