"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü — FOTO

HƏRBİ 23 apr 2024, 12:20
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ötən il aprelin 23-də xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi qurulub.

Yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib və dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top