Silahlı insidentin olduğu məkanda Röya konsert verəcəkmiş, təxirə salındı — VİDEO

ŞOU-BİZNES 22 mar 2024, 22:45
Xalq artisti Röya Ayxanın Moskvada  terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.

Demokrat.az
Oxu.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə özünün “Instagram” hesabında məlumat verib.

O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı idi:

“Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir. 

Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top