Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanıldı

HADİSƏ 29 apr 2024, 08:23
Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top