Müdafiə Nazirliyi "Baykar" şirkəti ilə saziş İMZALADI — FOTO

HƏRBİ 08 mar 2024, 16:11
Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və digər insansız texnologiyalar istehsalı ilə məşğul olan "Baykar" şirkəti Azərbaycan Müdafiə Nazirliyi ilə saziş imzalanıb.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsal üzrə Əməkdaşlıq Sazişi” imzaladıq", - açıqlamada bildirilir.

Sazişi şirkətin direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov imzalayıb.

Qeyd edək ki, Azərbaycan "Baykar" şirkətindən "Bayraktar TB2" və "Akıncı" adlı zərbə tipli PUA-lar alıb.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top