“Hizbullah” İsrail hədəflərinə hücum etdi

HƏRBİ 06 mar 2024, 10:16
“Hizbullah” hərəkatının əsgərləri İsrailin sərhəd bölgəsindəki hərbi mövqelərə və yaşayış məntəqələrinə müxtəlif silahlarla hücumlar edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Hizbullah” məlumat yayıb. 

Məlumatda Livanın cənubundakı Hula qəsəbəsinə edilən hücuma cavab olaraq, İsrailin Kiryat Şmona və Kfar Blum qəsəbələrinə onlarla “Katyuşa” raketinin atıldığı bildirilib. 

Qeyd olunub ki, İsrailin Bağdadi və Birket Rişe mövqeləri, 769-cu Şərq briqadasının qərargahı, Ruveysat əl Alem mövqeləri raketlər və digər silahlarla vurulub. 

İsrailin sərhəddəki hərbi mövqelərinə yerləşdirilmiş 2 ədəd “Merkava” tipli tankın da hədəfə alındığı açıqlanıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top