Ruslan Pənahov Azərbaycana təhvil veriləcək — Ermənistan DTX (YENİLƏNİB)

HƏRBİ 04 mar 2024, 23:23
Ermənistanda saxlanılan hərbçi Azərbaycana təhvil veriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ermənistan xoşməramlı jest olaraq və Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə qarşı tərəfə düşmüş itkin hərbi qulluqçularının qısa müddətdə geri qaytarılmasına dair razılaşmaya uyğun olaraq Ruslan Pənahovu Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib”, - məlumatda bildirilir.//Yeniavaz.com

22:02

Ermənistanın Sünik rayonu Teh kəndi yaxınlığında erməni hərbçiləri tərəfindən saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibi dayandırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top