Süni intellekt bunu da bacardı

İKT 15 fev 2024, 17:50
Rusiyanın “GigaChat” süni intellekt proqramı tibb fakültəsini bitirən tələbələr üçün hazırlanan sınaq imtahanını uğurla başa vurub.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə "Russia Today" məlumat yayıb.

Məlumatda, Rusiyanın ən böyük maliyyə qurumu olan "Sberbank" tərəfindən hazırlanmış süni intellekt proqramı “GigaChat”ın 6 illik tibb təhsili alan tələbələrin verdiyi bilik imtahanından uğurla keçdiyi açıqlanıb. 

“GigaChat” 100 suallıq testdə 82 faiz müvəffəqiyyət əldə edib. 

O, həmçinin cərrahiyyə və ginekologiya sahələri üzrə şifahi imtahanı tamamlayıb. 

Mütəxəssislər “GigaChat”ın 6 aylıq təlim prosesindən keçdiyini və bu müddət ərzində tibb fakültəsi tələbələrinin məqalələrindən istifadə edildiyini vurğulayıblar.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top