Fransada sosial media ilə bağlı yeni qanun təsdiqləndi

İKT 07 fev 2024, 19:40
Fransada uşaqların sosial mediada yayımlanan fotoşəkilləri ilə bağlı məxfiliyin qorunmasını nəzərdə tutan qanun qəbul edilib.

Demokrat.az
-ın məlumatına görə, sözügedən qanun layihəsinin son variantı Milli Məclisdə 195 səslə təsdiqlənib. 

Qanun sosial mediada gəlir əldə etməyi hədəfləyən valideynlərə qarşı uşaqların hüquqlarını qorumaq məqsədi daşıyır. 

Qanun uşaqların fotolarının sosial şəbəkələrdə sui-istifadə edilməsi riskinə qarşı valideynlərin məsuliyyətini gücləndirir və onların bu fotolar üzərində mütləq hüququnun olmadığına diqqət çəkir. 

Yeni hüquqi tənzimləmə çərçivəsində Fransa mülki məcəlləsinin “valideyn səlahiyyətləri” bölməsinə uşağın “şəxsi həyatı” anlayışı əlavə edilib. 

Bu tənzimləmə ilə uşağın fotoşəkillərə sahiblik hüququnun valideynləri tərəfindən “birgə” qorunması və onun fotoşəkilləri ilə bağlı uşağın rəyini alması məcburi hala gəlib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top