Turizm Agentliyi bu dəfə 600 bağlama qənd alır — TƏFƏRRÜAT

TURİZM 26 yan 2024, 15:36
Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Smartexpo” MMC olub.

“Smartexpo” MMC 2024-cü ilin 6-9 fevral tarixlərində İstanbul şəhərində keçiriləcək turizm sərgisində Dövlət Turizm Agentliyi üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərini həyata keçirəcək.

Görüləcək işlərin və göstəriləcək xidmətlərin qarşılığnda Turizm Agentliyi “Smartexpo” MMC-yə 75 min 912 manat 94 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, qalib şirkətin rəsmi veb-saytında “Smartexpo” MMC-nin sərgi stendlərinin qurucusu və təchizatçısı olduğu bildirilir.

“Smartexpo” MMC Dövlət Turizm Agentliyinin İstanbulda qurulacaq sərgi stendini qida məhsulları ilə də təmin edəcək.

Sərgi stendi üçün alınacaq bəzi qida məhsullarını təqdim edirik:

Çay paketi – 800 qara, 600 yaşıl
Qənd 600 bağlama
Süd – 12 qutu
Mini paxlava – 100 ədəd
Mini şəkərbura – 100 ədəd

Məlumat üçün onu da qeyd edək ki, bir müddət əvvəl Dövlət Turizm Agentliyinin Qərbi Azərbaycan Mətbəxi ilə bağlı tədbirin təşkili üçün elan etdiyi tender müsabiqəsi ölkədə geniş müzakirələrə səbəb olub. Tender elanında Agentliyin almaq istədiyi qida məhsullarının miqdarının yüksək göstərilməsi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Daha sonra Agentlikdən verilən açıqlamada tender elanında yer alan rəqəmlərdə qeydə alınan texniki səhvin düzəldildiyi bildirilib.

Turizm Agentliyi 150 nəfər qonaq üçün 6 ton balıq, 5 ton qovurma, 3 ton araq alır
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top